
Qızılın qiyməti daha bir rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 4150 dollara çatıb.
Belə ki, Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qızılın qiyməti 0,64% faiz artaraq, 1 troy unsiyası üçün 4202,4 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 05:27-yə olan məlumata görə, qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 4205,1 dollar (+0,7%) olub.