
Avstraliyanın Baş naziri Entoni Albaneze və ölkə hökumətinin digər üzvlərinin şəxsi telefon nömrələri hakerlər tərəfindən açıq şəkildə dərc edilib.
Yeniavaz.com “ABC News”ə istinadən xəbər verir ki, hər kəsin sərbəst şəkildə istifadə edə biləcəyi Amerika internet saytında milyonlarla insanın, o cümlədən siyasətçilərin mobil telefon nömrələri və e-poçt ünvanları var.
Bildirilib ki, hakimiyyət orqanları Baş nazir Entoni Albaneze və müxalifət lideri Syuzan Linin, eləcə də digər tanınmış avstraliyalıların şəxsi telefon nömrələrinin yer aldığı internet saytını araşdırır.
Avstraliya səlahiyyətliləri artıq məlumatların silinməsini tələb ediblər. Nəşrin iddiasına görə, məlumatın nə qədər açıq qaldığı bəlli deyil, lakin Albaneze hökuməti sızmadan hələ sentyabr ayında xəbərdar olub.