Günəşdə yeni güclü partlayış oldu


Oktyabrın 14-də Günəşdə iki güclü partlayış qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Oktyabrın 14-də Moskva vaxtı ilə saat 15:47-də (Bakı vaxtı ilə 16:47 - red.) 4248-ci (N04W05) günəş ləkələri qrupunda rentgen diapazonunda 26 dəqiqə davam edən M2.0 partlayışı qeydə alınıb”, - məlumatda deyilir. 
Bundan əvvəl də M2.0 partlayışı barədə məlumat verilmib. Həmçinin, bu gün daha yeddi C sinif partlayışı qeydə alınıb.
Qeyd edək ki, Günəş alovları rentgen şüalarının emissiyasının intensivliyinə görə beş sinfə bölünür: A, B, C, M və X.

DİGƏR XƏBƏRLƏR

Top