
“Süni intellekt (Sİ) onlayn məqalələrin sayına görə insanlara çatdı indi onlar təxminən bərabərdirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” “Graphite” şirkətinin hesabatına istinadən məlumat yayıb.
Tədqiqatçıların fikrincə, internetdə süni intellektlə yaradılan məqalələrin sayı hətta insan tərəfindən yazılmış məqalələrin sayını qısa müddətə üstələyib.
Qeyd edilib ki, bu tarixi mərhələyə 2024-cü ilin noyabrında nail olunub, lakin o vaxtdan bəri iki rəqəm təxminən bərabər olaraq qalıb.
Süni intellektlə yaradılan məqalələrin payında sürətli artım 2022-ci ilin noyabrında Amerika startapı “OpenAI” tərəfindən “ChatGPT” çatbotunun istifadəyə verilməsindən sonra 2023-cü ildə başlayıb.
Bununla belə, hesabatda qeyd edildiyi kimi, aparıcı axtarış sistemləri insanlar tərəfindən yazılmış məqalələrə açıq şəkildə üstünlük verirlər. Məsələn, “Google” tərəfindən verilən məzmunun 86%-i insan tərəfindən yazılmışdır və yalnız 14%-i süni intellekt tərəfindən yaradılmışdır. Çatbotlar da məqalələrə oxşar münasibət nümayiş etdirirlər. “ChatGPT” və “Perplexity” tərəfindən istinad edilən məqalələrin 82%-i insanlar tərəfindən yazılmış, yalnız 18%-i süni intellekt tərəfindən yaradılmışdır.