Zəngəzur dəhlizinin xəritəsi hazırlandı


“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İB-nin sədri Müqabil Bayramov məlumat yayıb.
Bildirilib ki, xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.
Qeyd edilib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr – yaşayış məntəqələri, yollar, çaylar, dağlar verilib.
Xəritədə, həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər azərbaycan və ingilis dillərindədir.

DİGƏR XƏBƏRLƏR

Top