Qohum evliliklərinin qadağan olunması nikahlara necə təsir edib? – Rəsmi statistika


Bu ilin avqust ayında ölkədə 3 894 nikah bağlanıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki – iyul ayı ilə müqayisədə 44,5 faiz və ya 1 200 nikah çoxdur. Belə ki, bu ilin iyul ayında ölkə üzrə 2 694 nikah qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin avqust ayında nikahların sayı bir qədər çox – 3 951 olub.
Bu ilin ilk 8 ayında Azərbaycanda nikahların sayı aylar üzrə belə olub:
Yanvar – 4 717 nikah
Fevral – 3 024 nikah
Mart – 3 465 nikah
Aprel – 3 747 nikah
May – 4 830 nikah
İyun – 5 032 nikah
İyul – 2 694 nikah
Avqust – 3 894 nikah
Məlumat üçün onu da xatırladaq ki, bu ilin 1 iyul tarixindən etibarən Azərbaycanda qohum evliliyi qadağan edilib. Qadağanın qüvvəyə minməsindən sonrakı ayda – iyul ayında nikahların sayı kəskin azalsa da, növbəti ayda (avqust) yenidən artım müşahidə olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top