
Qəzza zolağının yenidən qurulması üçün 70 milyard dollar xərc tələb olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Fələstin Xalqına Yardım Proqramı üzrə Administratorunun xüsusi nümayəndəsi Yako Silliers bildirib.
“BMT, Avropa İttifaqı və Dünya Bankının birgə apardığı zərər və ehtiyacların sürətli qiymətləndirilməsinə əsasən, Qəzzanın yenidən qurulması təxminən 70 milyard dollar tələb edəcək”, - o, Cenevrədəki brifinqdə qeyd edib.
Lakin Silliers Fələstin anklavında yenidənqurma işlərinin vaxt çərçivəsi ilə bağlı hər hansı proqonz verməkdən imtina edib.
Onun sözlərinə görə, adıçəkilən təşkilatların vəzifəsi dağıntıların miqyasını müəyyən etməklə yanaşı, ilk növbədə hansı ərazilərin bərpa edilməli olması və səylərin hansi istiqamətə yönəldilməsi ilə bağlı prioritetlər müəyyən etməkdir.
“Çox güman ki, bütün ərazilər bərpa olunmayacaq”, - o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz