
Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı 30 ildən artıqdır tətbiq etdiyi silah embarqosunu ləğv edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Naziri Stiven Dautinin Britaniya parlamentinin saytında dərc olunmuş bəyanatında qeyd edilib.
“Sülh yolunda əldə edilmiş əhəmiyyətli irəliləyişləri və ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi son Vaşinqton sammitinin tarixi nəticələrini nəzərə alaraq, Böyük Britaniya hesab edir ki, 1992-ci ildə ATƏT-in tövsiyə etdiyi “Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlarda iştirak edən qüvvələrə bütün silah və sursat təchizatını” əhatə edən silah embarqosu öz aktuallığını itirib. Buna görə də, Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edir”, - deyə bəyanatda bildirilib.
Həmçinin, Böyük Britaniyanın XİN rəhbəri bu qərarın Böyük Britaniyaya təhlükəsizlik və müdafiə sahəsində həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə imkan verəcəyini əlavə edib.