
“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Mərkəz müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında bağlayıb.
Qeyd edək ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə 4 ay müddətinə (25.09.2025 – 31.01.2026) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142D ünvanında yerləşən, ümumi sahəsi 12 552,30 kvadratmetr olan ofis və anbar kompleksini icarəyə verəcək.
Qeyd olunan ofis və anbar sahəsinin icarəsi üçün “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 392 min manat ödəyəcək.
Qeyd edək ki, əvvəlki illərdə də Cavanşir Orxan eyni məbləğə (bir il üçün 1 milyon 176 min manata) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə ofis və anbar kompleksini icarəyə verib.
Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.
Elnur Əli