Belarusun “Qırmızı Əmək Bayrağı Ordenli” şirkətiylə 1,8 milyonluq müqavilə bağlanıb


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Belarusun “Qırmızı Əmək Bayrağı Ordenli “Belgosproekt” İnstitutu” ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, Dövlət Xidməti tender müsabiqəsi keçirmədən Belarus şirkətiylə bir mənbədən satınalma metodu əsasında müqavilə bağlayıb.
“Qırmızı Əmək Bayrağı Ordenli “Belgosproekt” İnstitutu” Ağdam rayonunun Qızıl Kəngərli kənd yaşayış məntəqəsinin layihələndirilməsi və müəllif nəzarəti xidmətini həyata keçirəcək və qarşılığında 1 milyon 758 min 978 manat 93 qəpik alacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top