ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı – Rəsmi Bakı səbəbinı açıqladı


ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycandan başlamalı idi.
“Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır”, - XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, ATƏT sədri bu gün Ermənistana səfər edərək xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Onun həmçinin, sabah Gürcüstana səfəri gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top