Minsk Qrupunun fəaliyyətinə nə vaxt xitam veriləcək? – ATƏT sədri açıqladı


ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Minsk qrupunun buraxılması ilə bağlı prosesin dekabrın sonuna kimi yekunlaşacağına ümid etdiyini bildirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə o, oktyabrın 14-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında qeyd edib.
Valtonen həmçinin, Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışladığını bildirib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvini tələb etmiş, Ermənistan isə buna razılıq vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top