
Oktyabrın 10-da atəşkəs rejiminin qüvvəyə minməsindən sonra Qəzza zolağının müxtəlif ərazilərində hərbi əməliyyatlar və atəşlər nəticəsində həlak olan 250-dən çox fələstinlinin cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın mülki müdafiə qüvvələrinin nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, dağılmış binaların dağıntıları altında hələ də minlərlə cəsəd qalır və lazımi avadanlıqların olmaması onların axtarışını çətinləşdirir.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS hərəkatının nümayəndə heyətləri ABŞ prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar.
Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.