
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.
Qeyd olunub ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.