Azərbaycan İraqdan 50 dollara aldığı nefti harada istifadə edir?

 
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xarici ölkələrdən 369,4 milyon dollar dəyərində 762,2 min ton xam neft idxal edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu il Azərbaycan Qazaxıstan, Rusiya və İraqdan xam neft alıb.
Yanvar-avqust ayları ərzində Qazaxıstandan 69,1 min ton neft alınıb və bunun gömrük dəyəri 38,2 milyon dollar təşkil edib (1 tonu 553 dollar).
Rusiyadan isə 692,7 min ton neft idxal olunub, gömrük dəyəri isə 331 milyon dollar təşkil edib (1 tonu 478 dollar).
İraqdan alınan neftin miqdarı isə cəmi 439,7 ton olub. Azərbaycan İraqdan idxal edilən neftin bir tonu üçün 370 dollar ödəyib. Bu isə İraqdan alınan xam neftin bir barelinin təxminən 50 dollar olduğunu göstərir.
Daha əvvəl mətbuata verilən açıqlamalarda bildirilib ki, Azərbaycan İraq neftini SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu üçün satın alır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top