“Microsoft” “Windows 10”a dəstəyini dayandırdı


“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün dünya miqyasında dəstəyini dayandırdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında öz əksini tapıb.
Korporasiyanın elan etdiyi kimi, artıq bu əməliyyat sisteni üçün texniki dəstək, təhlükəsizlik yeniləmələri və funksiya yeniləmələri təmin edilməyəcək.
Ancaq mövcud əməliyyat sistemi fəaliyyətini davam etdirəcək.
“Microsoft” qeyd edib ki, oktyabrın 14-dən sonra “Windows 10”dan istifadə etmək təhlükəli olacaq, çünki yeniləmələr olmadan zərərli proqramlara yoluxma riski artacaq.
“Statcounter”in məlumatına görə, “Windows” əməliyyat sistemləri qlobal bazarın 70%-dən çoxunu təşkil edir. Bu versiyalar arasında “Windows 10” 38% paya qarşı 59% payla hələ də “Windows 11”i geridə qoyaraq, dünyada ilk yeri tutur.
Qeyd edək ki, “Windows 10” əməliyyat sistemi 2015-ci ildə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top