Millimiz Ukraynaya belə uduzdu – Video


Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, Krakovdakı “Krakoviya” stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə aşa çatıb.
Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər.
Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

DİGƏR XƏBƏRLƏR

Top