
“Real”ın hücumçusu Kilian Mbappe portuqaliyalı hücumçu Kriştiano Ronaldonu özünün kumiri hesab edir.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Movistar”da deyib.
O, 40 yaşlı forvardın nümunə olduğunu deyib:
“Ronaldo mənim üçün həmişə nümunə olub. Bəxtim gətirib ki, danışırıq, o, mənə məsləhətlər verir və mənə kömək edir. Kriştianu “Real Madrid” üçün bir nömrədir, etalondur. İnsanlar hələ də onu xatırlayır və müzakirə edir”.
Qeyd edək ki, Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr”in hücumçusu olub. O, əvvəllər “Mançester Yunayted”, “Yuventus”, “Real Madrid” və “Sportinq Lissabon”da çıxış edib.