ABŞ, Qətər, Türkiyə və Misir Qəzzada yekun atəşkəs sazişi imzaladı


Misir, Qətər, ABŞ və Türkiyə liderləri oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilən Sülh Sammitində Qəzzada yekun atəşkəs sazişi imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mərasim zamanı bəyan edib ki, sənəd çox əhatəlidir və çoxlu qaydaları özündə əks etdirəcək”.
Sammitdə 30-dan çox dünya lideri iştirak edib, ö cümlədən Prezident İlham Əliyev. Qonaqlar arasında Fələstin Milli Administrasiyasının (PNA) Prezidenti Mahmud Abbas da olub.
İsrailin Baş naziri Benyamin Netanyahu sammitdə iştirak etmir - o, oktyabrın 13-də axşam saatlarında başlayan Simçat Tövrat bayramını əsas gətirərək son anda geri çəkilib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan digər müsəlman liderləri Netanyahunun onlara qoşulacağı təqdirdə boykot edəcəyi ilə hədələyib.
HƏMAS nümayəndələri sammitə qatılmayıb. Oktyabrın 13-də HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı götürdükləri israilli girovları azad edib. Girovların azad edilməsi Qəzza zolağında atəşkəslə yanaşı, ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın nəticəsi olub. 

DİGƏR XƏBƏRLƏR

Top