Makron postunu tərk etməkdən imtina etdi


Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, o, hazırkı vəzifəsini tərk etmək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi sitat gətirib.
“Heç vaxt unutmayın ki, fransız xalqının bizə verdiyi mandat xidmət etmək, xidmət etmək, xidmət etmək, adi fransızların suallarını cavablandırmaq və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməkdir”, - Makron bildirib.
O, dövlət başçısı kimi sabitliyi təmin etməyə davam edəcəyinə əmin edib.
Qeyd edək ki, bir aydan az müddətdə vəzifəsini icra edən Fransanın Baş naziri Sebastien Lecornyunun istefasından sonra Prezident Emmanuel Makronun istefası ideyası Beşinci Respublikanın siyasi dairələrində müzakirə olunur. Bu hissi artıq təkcə prezidentin əleyhdarları deyil, həm də keçmiş baş nazir Eduard Filip kimi onun komandasının keçmiş üzvləri də ifadə ediblər.
Dərc edilmiş rəy sorğularına əsasən, adi vətəndaşlar da Makrondan bezib və onu vəzifədən tez getməyə çağırırlar. 

DİGƏR XƏBƏRLƏR

Top