Azərbaycanda 27 min ali təhsilli, cəmi 652 nəfər təhsilsiz işçi var


Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən ümumilikdə 217 min 228 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onlardan 103 min 439 nəfəri qadın, 113 min 789 nəfəri isə kişi olub.
Qeyd edək ki, işsiz qadınlar arasında ali təhsilli şəxslərin sayı 12 min 827 nəfər olub və bu, işsiz qadınların 12,4 faizini təşkil edib.
Kişilər arasında da ali təhsilli işsizlərin sayı ümumi işsizlərin 12,4 faizinə (14 min 110 nəfər) bərabər olub.
Onu da bildirək ki, ali təhsilli şəxslərdən fərqli olaraq, işsizlər arasında təhsili olmayanların sayı aşağı olub.
Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınan ümumi işsizlərin cəmi 0,3 faizi təhsilsiz şəxslər olub.
Bu, ümumilikdə təxminən 652 nəfər deməkdir ki, onların da 207-si qadın (0,2 faizi), 445-i kişi (0,4 faizi) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top