
İsrailli deputatlar ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin sona çatması münasibətilə İsrail parlamentindəki çıxışını yarıda kəsib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika liderinin çıxışı “solçu Knesset üzvlərinin etiraz şüarları” ilə kəsilib və onlar təhlükəsizlik qüvvələri tərəfindən dərhal saxlanılıb.
Knessetin spikeri buna görə Donald Trampdan üzr istəyib.
Telekanal knesset üzvlərinin solçu partiyaları təmsil edən Ayman Odeh və Ofer Kasif olduğunu bildirib.