İlham Əliyev Sülh Sammitində iştirak edib − Yenilənib


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib. 
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısını qarşıladı, sonra birgə foto çəkdirilib.
Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlət başçısını salamlayıb. 
Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.
Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.
Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi: “Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi?İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.
Sonra sülh sazişinin imzalanması mərasimi olub.

***14:45
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısını salamlayıb.

DİGƏR XƏBƏRLƏR

Top