
HƏMAS Qəzzada qalan qalan 13 girovu da azad edib.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 13 girovdan ibarət ikinci qrupu İsrail hərbçilərinə təhvil verib.
Bununla da, Qəzzada girov saxlanılan 20 İsrail vətəndaşının hamısı azad edilib.
Sağ qalan girovların HƏMAS tərəfindən azad edildiyini İsrail Müdafiə Qüvvələri (IDF) də təsdiq edib.
IDF bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilən 13 girovdan ibarət ikinci qrup Qəzza zolağının İsrailin nəzarətində olan hissəsinə yola düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz