Azərbaycanda adambaşına ərzaq, içki və siqaretə ayda 275 manat xərclənir


Bu ilin ilk 9 ayı ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manat xərcləyib.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,6%-i və ya 275,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,4%-i və ya 228,5 manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda ayda 465,2 manat xərcləyib və bu vəsaitin 255,7 manatı (55%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 209,5 manatı (45%) isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top