
Azərbaycanda daşınmaz əmlak alanların və satanların ən çox müraciət etdikləri ünvan bu sahədə ixtisaslaşmış elan saytlardır.
Yeniavaz.com elan saytlarına istinadən hazırda Bakı şəhərində satışda olan ən bahalı mənzili təqdim edir.
Qeyd edək ki, hazırda satışda olan ən bahalı mənzil "Port Baku Residence" yaşayış kompleksində satılır.
33 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 9 otaqlı mənzilin ümumi sahəsi 1 050 kv. metrə bərabərdir.
9 milyon manata təklif olunan mənzilin 350 kv. metr terrasa sahib olduğu qeyd olunub.
Təmirsiz vəziyyətdə olan bu mənzilin 1 kv. metri 8 min 570 manata satışa çıxarılıb.

