
Bu ilin sentyabrın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 13,6 min nəfər və ya 0,8% azalıb.
Bildirilir ki, azalma dövlət sektorunda işləyən işçilərin sayında qeydə alınıb. Bu ilin əvvəlindən ötən 8 ay ərzində dövlət sektorunda çalışan işçilərin sayı 27,5 min nəfər və ya 3,1% azalaraq 855,3 min nəfərə düşüb.
Elnur Əli