Tramp İsraildədir


ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onun təyyarəsi Ben-Qurion hava limanına enib.
Onu hava limanında qırmızı xalça üzərində fəxri qarovul və hərbi orkestrin müşayiəti ilə İsrail Prezidenti İsaak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.
Hava limanından Tramp Qüdsə gedəcək, orada Knessetdə (İsrail parlamenti) çıxış edəcək. Daha sonra dərhal hava limanına qayıdacaq, oradan isə Qəzza zolağında nizamlanmaya dair razılaşma fonunda çağırılan “Sülh sammiti”ndə iştirak etmək üçün Misirə gedəcək.

DİGƏR XƏBƏRLƏR

Top