
Azərbaycanda il ərzində yaşı 60-dan yuxarı olan 307 kişi və 362 qadın nikah bağlayıb.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən xəbər verir ki, nikah bağlayan yaşı 60-dan yuxarı kişilərin 6-sı 30-34 yaşlı qadınlarla ailə qurub.
Yaşı 60-dan yuxarı olan qadınların 1-i isə 30-34 yaşlı kişi ilə evlənib.
Açıqlanan rəsmi məlumatda həmçinin qeyd olunur ki, 18-19 yaşlarında 1 kişi 35-39, 20-24 yaşlarında 1 kişi isə 55-59 yaşlarında olan qadınla evlənib.
Yaşı 18-dən az olan 3 qadın isə 35-39 yaşlı kişilərlə ailə qurub. Bundan başqa 18-19 yaşlı daha 2 qadın 40-44, 2 qadın 45-49 isə yaşlı kişilərlə evlənib. 18-19 yaşlarında 1 qadın isə 55-59 yaşlı kişi ilə nikaha daxil olub.
Elnur Əli