MN-dən əhaliyə çağırış


Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumata görə, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

DİGƏR XƏBƏRLƏR

Top