Rusiya “Renault” şirkətinə qarşı sanksiya tətbiq edib


Fransanın “Renault SAS” avtomobil şirkəti Rusiyanın sanksiya siyahısına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qərar Rusiyanın Baş naziri Mixail Mişustin tərəfindən imzalanıb və sənəd rəsmi hüquqi informasiya saytında dərc olunub.
Məlumata görə, “Renault” hərbi-texniki əməkdaşlığa görə xüsusi iqtisadi tədbirlər tətbiq olunan hüquqi şəxslər siyahısına salınıb.
Qeyd edək ki, bu ilin iyun ayında Almaniyanın yük avtomobilləri istehsal edən “Daimler Truck AG” şirkəti də siyahıya daxil edilib.
Sanksiya siyahısında olan şirkətlər və şəxslərlə əməliyyat aparmaq, müqavilə bağlamaq və maliyyə öhdəliklərini yerinə yetirmək qadağandır. Bununla belə, Rusiya hökuməti bəzi əməliyyatlara müvəqqəti icazə vermək səlahiyyətinə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top