Azərbaycanda 50 yaşdan sonra ana olanların sayı azalıb


Ötən il Azərbaycanda 50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 73 olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə 50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2023-cü ildə həmin yaş qrupuna aid qadınlar tərəfindən doğulan uşaqların sayı 84 olub.
Qeyd edək ki, 50 və yuxarı yaşda qadınlar tərəfindən dünyaya gətirilən uşaqların 48-i anaların ilk, 19-u ikinci, 2-si üçüncü, 3-ü dördüncü, 1-i isə beşinci övladları olub.
Məlumat üçün bildirək ki, ötən il ümumilikdə 89 min 82 uşaq doğulub. Bu uşaqların 73-nün anası 15–17 yaşlarında olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top