HƏMAS girovların ilk qrupunu azad etdi


Fələstinin HƏMAS təşkilatı Qəzza zolağında azad edilən girovların ilk qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kan” teleradio şirkəti məlumat yayıb.
Teleradio şirkətinin məlumatına görə, ilk qrup yeddi nəfərdən ibarətdir.
Gün ərzində ümumilikdə 20 canlı girovun azad ediləcəyi gözlənilir.
“Əl-Əqsa” telekanalının məlumatına görə, əsirləri azadlığa buraxıldıqları yerə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının tərəfdarları gətiriblər.
Digər tərəfdən, İsrail ordusu Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin azad edilmiş 7 girovdan ibarət ilk qrupunu qəbul edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top