
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad etməyi planlaşdırdığı 20 canlı israilli girovun siyahısını dərc edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlunat HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının “Telegram” kanalında dərc olunan bəyanatda öz əksini tapıb.
“İsraillə mübadilə sövdələşməsi çərçivəsində aşağıdakı canlı girovların azad edilməsi qərara alınıb: Bar Kuperşteyn, Evyatar David, Yosef-Haim Ohana, Segev Kalfon, Avinatan Or, Elkan Buxbut, Maksim Xarkin, Nimrod Koen, Matan Tsanqauker, David Kunio, Eytan Horn, Matan Anqrest, Eytan Mor, Qali Berman, Ziv Berman, Omri Miran, Alon Oxel, Qay Qilboa-Dalal, Roma Braslavski və Ariel Kunio”, - bəyanatda bildirilib.
Girovların Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilməsinin dəqiq yeri və üsulu hələlik açıqlanmayıb.
“Al Hadath” telekanalı mənbəyə istinadla bildirib ki, əsirlərin ilk qrupu Qəzzanın şimalında azad ediləcək.
HƏMAS-ın nəzarətində olan “Əl Əqsa” televiziyası BQXK-nın konvoyunun israilli girovların təhvil veriləcəyi əraziyə doğru hərəkət etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz