
Fransanın Baş naziri Sebastyan Lekornu ölkənin yeni hökumətinin formalaşdırılmasının başa çatdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV Yelisey sarayına istinadla məlumat yayıb.
Açıqlanan məlumatlara görə, əsas nazirlər öz vəzifələrini qoruyublar.
Jan-Noel Barro xarici işlər naziri, Roland Leskür iqtisadiyyat və maliyyə naziri, Jerald Darmanen isə ədliyyə naziri postunda qalıb.
Bundan əlavə, mədəniyyət naziri Raşida Dati, kənd təsərrüfatı və ərzaq naziri Anni Jenevar, nəqliyyat naziri Filipp Tabaro və idman, gənclər və sosiai həyat naziri Marina Ferrari öz vəzifələrini saxlayıblar.
Keçmiş əmək və səhiyyə naziri Katrin Votren Silahlı Qüvvələrin yeni naziri olub.
Paris polisinin keçmiş prefekti Loran Nunes isə daxili işlər naziri vəzifəsinə keçib.
Qeyd edək ki, oktyabrın 6-da Lekornu Fransanın Baş naziri vəzifəsindən istefa verib. O, bu vaxta qədər cəmi 27 gün vəzifədə olub.
Dörd gün sonra prezident Emmanuel Makron Sebastyan Lekornunu yenidən Fransanın Baş naziri təyin edib. Vəziyyəti şərh edən siyasətçi dövlət başçısının mandatını “vəzifə şüuru ilə” qəbul etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz