
Maltanın paytaxtı Valletta Paris, Afina və Lissabon kimi böyük şəhərləri geridə qoyaraq, dünyanın ən gözəl paytaxtı seçilib.
Yeniavaz.com xəbər verir ki, qalib “Condé Nast Traveller” jurnalının təşkil etdiyi “Readers’ Choice Awards – 2025” sorğusu nəticəsində müəyyən edilib.
182 mindən çox oxucu şəhərin mədəniyyəti, mətbəxi və qonaqpərvərliyinə səs verib.
Valletta 100 baldan 97,33 bal toplayaraq, təkcə Avropanın yox, dünyanın da ən yaxşı şəhəri olub.
Sahəsi bir kvadrat kilometrdən az olan şəhər barokko üslubku sarayları, qədim istehkam divarları, kilsələri və dar küçələri ilə seçilən “əsl açıq səma” muzeyidir.
Valletta 16-cı əsrdə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alındıqdan sonra Malta Cəngavərləri tərəfindən qurulub və 1980-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Maltanın paytaxtı həm də filmləri ilə məşhurdur: “Qladiator”, “Troya”, həmçinin “Taxt-tac oyunları”nın ilk seriyası burada çəkilib.