İran MAQATE ilə əməkdaşlığı dayandırdı


İran Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əldə olunan razılaşmaların icrasını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İran televiziyasında canlı yayımda bildirib.
O, həmçinin, Tehranın MAQATE ilə nüvə proqramı ilə bağlı əməkdaşlığını dayandırdığını əlavə edib.
Qeyd edək ki, sentyabrın sonunda İranın Ali Milli Təhlükəsizlik Şurası Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. İran tərəfindən bu addım BMT-də Tehrana qarşı sanksiyalara dair səsvermədən sonra atılıb.

DİGƏR XƏBƏRLƏR

Top