HƏMAS “Sülh sammiti”ndə iştirak etməyəcək


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Şarm əl-Şeyxdə keçiriləcək “Sülh Sammiti”ndə iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, “Agence France-Presse” (AFP) agentliyi HƏMAS siyasi bürosunun üzvü Hussan Badrana istinadla məlumat yayıb.
Badran qeyd edib ki, sülh danışıqları məsələsində HƏMAS Qətər, Misir və Türkiyənin təmsil etdiyi vasitəçilərə arxalanacaq.
İsrailin Baş naziri Benyamin Netanyahu sammitdə iştirakı ilə bağlı hələlik şərh verməyib.
Qeyd edək ki, oktyabrın 13-ü bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı “Sülh sammiti” keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top