
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat xarici siyasət idarəsinin “Facebook” səhifəsində öz əksini tapıb.
“Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk", - məlumatda bildirilib.
Qeyd edək ki, Misirdə avtomobil qəzasında Qəzza ilə bağlı danışıqlar prosesində vasitəçi kimi iştirak edən üç qətərli diplomat həlak olub.