
Misirin Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı danışıqlar prosesində vasitəçi kimi iştirak edən üç Qətər diplomatı avtomobil qəzasında ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki təhlükəsizlik mənbəsinə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, qəzada daha iki diplomat yaralanıb.
Hadisə Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib. Lakin diplomatların Qətər danışıqlar qrupunun tərkibində olub-olmadığı hələlik məlum deyil.