
Əfqanıstan-Pakistan sərhədində başlayan şiddətli toqquşmalar hər iki tərəfdən onlarla itkilərə səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ən şiddətli toqquşmalar Kunar, Nanqarxar və Helmand əyalətlərində baş verib.
Toqquşmalarda ən azı 12 Pakistan ordusunun hərbçisi həlak olub. Əfqanıstan tərəfində itkilər isə ən azı onlarla hərbçiyə çatıb.
Pakistan ordusu tanklardan, artilleriyalardan, təyyarələrdən və PUA-lardan istifadə edib.
Digər tərəfdən “Geo TV” təhlükəsizlik mənbələrinə istinadla Pakistanın iki ölkənin hərbçiləri arasında baş verən toqquşmalardan sonra Əfqanıstanın 19 sərhəd postunu ələ keçirdiyini bildirib.
Telekanalın məlumatına görə, Əfqanıstan bu nöqtələrdən Pakistan ərazisinə hücumlar həyata keçirmək üçün istifadə edib.
Əməliyyat zamanı İŞİD və “Pakistan Talibanı”na bağlı silahlı qruplar zərərsizləşdirilib.
Qeyd edək ki, Əfqanıstan və Pakistan arasındakı sərhədlə bağlı ərazi mübahisəsi dünyada ən uzun müddətdir davam edən mübahisələrdən biridir. 1947-ci ildə Britaniya Hindistanı dağılana qədər Əfqanıstan hökmdarları Durand xəttini sərhəd hesab edirdilər. 1947-ci ildə müstəqil Pakistan yarandıqdan sonra Kabil bu xətti rəsmi sərhəd kimi tanımağı dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz