Tramp İsrail parlamentində çıxış edəcək


ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Knessetdə (İsrail parlamenti) çıxış edəcək və Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək mərasimdə iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin dərc etdiyi cədvəldə öz əksini tapıb.
Məlumata görə, Tramp oktyabrın 13-ü səhər saatlarında İsrailə gələcək, HƏMAS girovlarının ailələri ilə görüşəcək, daha sonra Knessetdə çıxış edəcək.
Ancaq Amerika liderinin çıxışı ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Amerika lideri mərasimdə iştirak etmək üçün Bakı vaxtı ilə saat 14:45-də Şarm əl-Şeyxə gələcək. O, qısa müddət sonra ABŞ-yə yola düşəcək.
Qeyd edək ki, oktyabrın 9-da Trampın İsrailə gözlənilən səfərini ilk dəfə İsrail prezidenti İsaak Hersoqun ofisi elan edib. Digər tərəfdən, həmin gün Tramp Knessetdə çıxış etməyə hazır olduğunu bəyan edib. Tramp həmçinin oktyabrın 10-da Misirdə bir çox ölkələrin liderləri ilə görüşlər keçirəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top