Bəzi Avropa ölkələrində MTV kanalları bağlanacaq


“Paramount” Böyük Britaniya, Avstriya və Almaniyada bəzi MTV musiqi kanallarının yayımını dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Broadband TV News” televiziya platforması operatorlarına istinadən məlumat yayıb.
Bildirilib ki, təsirə məruz qalan televiziya platformalarının operatorları elan ediblər ki, “MTV Music”, “MTV 80s”, “MTV 90s”, “Club MTV” və “MTV Live” dekabrın 31-dən sonra Böyük Britaniyada 40 ilə yaxındır mövcud olduqları yayımı dayandıracaqlar. “MTV HD” mövcud olaraq qalacaq.
Nəşrin məlumatına görə, 2025-ci ilin sonuna kimi bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da yayımların dayandırılacağı gözlənilir. MTV həmçinin Benilüks ölkələrində Belçika, Hollandiya və Lüksemburqda yayımını dayandıra bilər.

DİGƏR XƏBƏRLƏR

Top