
Parisin mərkəzində Fransa Prezidenti Emmanuel Makronun istefası, ölkənin Avropa İttifaqı və NATO-dan çıxması tələbi ilə nümayiş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Nümayişçilər Monparnas bulvarından Luvr muzeyinə doğru yürüş ediblər.
Etirazçılar “Makron, get!”, “Lekornyuya səs ver!”, “Aİ-dən çıx!” şüarları səsləndiriblər.
Vətənpərvərlər partiyasının lideri və mitinqin təşkilatçısı Florian Filippot bildirib ki, baş verənlərdə demokratiyanın zərrəsi yoxdur:
“Ölkə tam bərbad vəziyyətdədir. Baş nazirlər bir-birinin ardınca dəyişdirilir. Prezident istefa verməlidir”.
Tətbiqimizi yükləyə bilərsiniz