
ABŞ-nin keçmiş prezidenti, 82 yaşlı Co Bayden prostat xərçəngi müalicəsinin yeni mərhələsinə başlayıb.
Yeniavaz.com “NBC News”ə istinadən xəbər verir ki, o, şüa terapiyası keçir.
“Müalicə planının bir hissəsi olaraq, prezident Bayden hazırda şüa terapiyası və hormon terapiyasından keçir”, - keçmiş prezidentin mətbuat katibi deyib.
Şüa terapiyasının beş həftə davam edəcəyi gözlənilir. Məsələ ilə tanış olan mənbə nəşrə bildirib ki, bu, Baydenin xərçənglə mübarizəsində yeni mərhələdir.
Xatırladaq ki, 2025-ci ilin may ayında ABŞ-nin keçmiş prezidenti Co Baydenin nümayəndələri ona sümüklərə metastaz vermiş prostat xərçəngi diaqnozu qoyulduğunu elan etdilər. Baydenin ofisi ona xərçəng diaqnozunun dəqiq nə vaxt qoyulduğunu açıqlamayıb, bu da jurnalistlərin xəstəliyin onun prezidentliyi dövründə məlum olduğunu, lakin səhhəti ilə bağlı məlumatların gizlədildiyi barədə fərziyyələrə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz