Aİ Tacikistanı ittiham etdi − Putini həbs etməyib


Aİ Tacikistanı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putin haqqında verdiyi həbs qərarına əməl etməməkdə ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidməti müvafiq bəyanat yayıb.
Xidmət qeyd edib ki, Tacikistan BCM-nin Roma Statutunun iştirakçısı olan dövlətdir.
Bəyanatda deyilir ki, Aİ Ukraynada BCM Prokurorunun apardığı araşdırmaları dəstəkləməyə davam edir və bütün dövlətləri əməkdaşlığa çağırır.
Xatırladaq ki, Putin oktyabrın 9-10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitdə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top