
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə vilayətində üzvləri qarşısında çıxışı zamanı danışıb.
O, Qəzzadakı vəziyyətlə bağlı danışan tərəfdarlarının çağırışlarına cavab verib:
“Qəzzaya əvvəl mən, sonra isə siz gedəcəksiniz”, - Ərdoğan deyib.
Türkiyə lideri vurğulayıb ki, atəşkəs razılaşmasından sonra geri dönüş olmamalıdır:
“İsrail hökuməti imzaladığı öhdəlikləri yerinə yetirməli və təkcə bütün regionun deyil, həm də öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən təcavüzkar siyasətinə tamamilə son qoymalıdır. Qəzzaya humanitar yardımın çatdırılmasına heç bir maneə olmamalıdır. İki dövlətli həll regionumuzda davamlı sülhün açarıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz