Atəşkəs elan edildikdən sonra Qəzzaya neçə nəfər qayıdıb?


İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən sonra təxminən 250 min insan Qəzza şəhərinə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal məlumat yayıb.
Bildirilib ki, Fələstin hərəkatının nəzarətində olan agentliyin sözçüsünün sözlərinə görə, daha 200 min fələstinli anklavın əvvəllər İsrail ordusunun dinc əhali üçün son dərəcə təhlükəli elan etdiyi şimal rayonlarına qayıdıb.
Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS nümayəndələri ABŞ Prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Bu mərhələ bütün girovların yaxın gələcəkdə azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağının daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.
Atəşkəs razılaşması oktyabrın 10-da saat 13:00-da qüvvəyə minib. İsrail ordusundan verilən açıqlamaya görə, onun hərbi hissələri yenilənmiş dislokasiya xətləri üzrə mövqelər tutur.

DİGƏR XƏBƏRLƏR

Top