XİN Qəzzada atəşkəsin təsis edilməsinə şərait yaradacaq razılaşmanı alqışladı


Azərbaycanın Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Qəzzada atəşkəsin təsis edilməsini, girovların və məhbusların azad edilməsi üçün yolun açılmasını, həmçinin Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və onun yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə edilməsini alqışlayırıq.
Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, oktyabrın doqquzunda Fələstinin HƏMAS təşkilatı Qəzzada atəşkəsin əldə olunması ilə bağlı razılaşmanı təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top