Banklar rayonlarda əmanətləri neçə faizdən qəbul edir? – Siyahı


Açıqlanan son rəsmi məlumata görə, Azərbaycanda milli valyutada əmanətlərin orta faiz dərəcəsi 6,54%, xarici valyutada isə 1,99% olub.
Yeniavaz.com
xəbər verir ki, əmanətlərin əsas hissəsi paytaxt Bakının payına düşüb və burada milli valyutada orta faiz 6,48%, xarici valyutada isə 1,99% təşkil edib.
Milli valyuta üzrə ən yüksək orta faiz dərəcəsi Abşeron–Xızı iqtisadi rayonunda (7,98%), xarici valyutada ən yüksək orta faiz dərəcəsi isə Şərqi Zəngəzur iqtisadi rayonunda (3,23%) qeydə alınıb.
Milli valyuta üzrə ən aşağı faiz dərəcəsi Mil–Muğan iqtisadi rayonunda (4,63%), xarici valyutada ən aşağı orta faiz dərəcəsi isə Şirvan-Salyan iqtisadi rayonunda (1,52%) olub.
Cədvəldə iqtisadi rayonlarda əmanətlər üzrə orta faiz dərəcələri göstərilib:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top